Bia.Az

Müxalifət lideri çağırış etdi, 1534 məhbus türmədən qaçdı

Dünya
 26-12-2024, 00:59     990

Mozambikdə ciddi rejimli həbsxanadan kütləvi qaçış nəticəsində azı 33 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə Mozambik polis qüvvələrinin komandiri Bernardino Rafael deyib.

O bildirib ki, 1534 məhbusun qaçması müxalifət lideri Venansio Mondleynin çağırışı ilə baş verən nümayişlər kontekstində mümkün olub.

“1534 məhbus, o cümlədən terrorizmdən dolayı məhkum edilən 29 nəfər paytaxt Maputudan 14 km uzaqlıqda yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsindən qaçıb. Onlardan 150-i yenidən tutulub”, - deyə hüquq-mühafizə orqanının nümayəndəsi bildirib.

Rafaelin sözlərinə görə, bu hadisədən paytaxtda cinayətkarlığın kəskin artacağı gözlənilir.скачать dle 12.1