Ukrayna Belqoroda zərbə endirdi: bina dağıldı
Ukrayna ordusu PUA-larla Belqorodda üç yaşayış məntəqəsinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb.
O bildirib ki, PUA-lardan biri Novopetrovka kəndində çoxmənzilli binaya çırpılıb və nəticədə binanın bir hissəsi uçub.
Qladkov ölən və yaralananlarla bağlı məlumat verməyib.





