Niderland Ukraynaya QARŞI ÇIXDI: 2030-cu ildə...
Niderlandın baş naziri Mark Rutte Ukraynanın 2030-cu ildə Avropa İttifaqına (Aİ) daxil olması ehtimalını dəstəkləmədiyini bildirib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçinin fikrincə, Aİ-yə daxil olmaq üçün Ukrayna və digər namizədlər şərtləri yerinə yetirməlidir və onlara güzəştə getmək olmaz.![]()
Onun sözlərinə görə, Aİ yeni üzvləri qəbul edərsə, qərarların qəbulu və digər məsələlər daha da mürəkkəbləşəcək.
"Mən bu tarixlə qətiyyən razı deyiləm", - deyə baş nazir İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində bildirib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Ukraynanın 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini etiraf edib. O qeyd edib ki, bunun üçün Kiyev öz tapşırıqlarını yerinə yetirməli olacaq. “Financial Times”ın yazdığına görə, Aİ Ukrayna birliyə üzv olacağı təqdirdə bu ölkəyə 186 milyard avro xərcləməli olacaq.





