Bia.Az

ALİMİN ƏMƏLİ BƏLLİ ALƏMƏ

Cəmiyyət
 12-05-2026, 00:37     1 540

Professor Vidadi Orucov - 70

Obrazlı şəkildə ifadə etsək, elm dilə gəldikdə söz olar, əmələ çevrildikdə isə nur saçar. İnsanlar çox zaman deyilənləri unudar, amma görülən işi yadda saxlayar. Elmini əməli ilə təsdiqləyən alim cəmiyyətə yol göstərən çıraq kimidir. Onun davranışı, ədaləti, təvazökarlığı və insanlara faydası elminin ən böyük sübutuna çevrilər. Əməl ilə bəzənməyən elm isə köksüz ağaca bənzər - nə kölgəsi olar, nə də bəhrəsi. Buna görə də alimin həqiqi dəyəri bildiklərində deyil, bildiyini necə yaşatdığında görünər.

Bəli, alimin əməli bəlli aləmə... Bu düşuncələri  təbrikimə müqəddimə etməyim təbii ki, əbəs yerə deyil. Əslində sözümün canı bu fikir müstəvisində  muvazi olar ehtiva olunan  bir ömür yoluna xülasə - baxışı vurğulamaqdır.

Qaim-qədim Borçalı elinin dəyərli yetirməsi, ziyalı kredosu xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş azman alim-aydınımız, söz-saz,hikmət xiridarı,  Lənkaran Dövlət Universitetinin Fizika, kimya və biologiya kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Orucovu dünyaya gəldiyi gün (12 may), ömür təqviminin 70 illiyi münasibətilə  gözünə-könlünə köçən gözəlliklər, uğurlu özəlliklər diləyi ilə təbrik edir və  ithaf söz çələngimi ən xoş arzularla  mənim üçün hər yerdə və hər zaman görünən  əziz dostuma könül ziyarəti olaraq ehtiramla ünvanlayiram:

Həyat gözəlləşir saleh  əməllə,
Məslək məhək daşı məram-təməllə.
Alimin əməli  bəlli aləmə,
Büllürtək bərq vurur aynada əksin.  

Ömür də bir xalı, ilməsi illər,
Xalis nə olduğun  ariflər bilər.
El qədri bilənə  el alqış dilər,
Yurda yayılıbdı sorağın-səsin.

Yetmiş  illik  yolda, Vidadi Oruc,
Elmin qüdrətindən  aldın təpər-güc.
Sandın  sərraflığı özünə bir borc,
Sən ki əzizisən, dostum,  hər kəsin!


✍️Tapdıq ƏLİBƏYLİ


BIA.az
скачать dle 12.1