Bia.Az

Rasim Balayevin cənazəsi Bakıya bu saatda gətiriləcək

Cəmiyyət
 29-03-2026, 18:25     1 206

Xalq artistiaktyor Rasim Balayevin cənazəsi bu gecə yerli vaxtla saat 22.25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə İstanbul Hava Limanından Bakıya yola salınacaq.

Globalinfo.az bildirir ki, təyyarənin gecə – 30 mart saat 02.15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi gözlənilir.

***16:18

Xalq artistiaktyor Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır.

Globalinfo.az-ın məlumatına görə, APA-nın Türkiyə bürosu xəbər verir ki, cənazə xəstəxanadan çıxarılıb, məscidə aparılıb lazımı prosedur qaydalar icra edildikdən sonra təyyarə ilə Bakıya yola salınacaq.

Mərhumun cənazəsinin bu gün gecə saatlarına yaxın Bakıya çatdırılması gözlənilir.

***15:04

Xalq artistiaktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.

Globalinfo.az bildirir ki, bu barədə APA-nın Türkiyə bürosuna Baş Konsulluqdan məlumat verilib.

Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.

Qeyd edək ki hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır.

Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.скачать dle 12.1