Bia.Az

İran Babək rayonuna da DRON HÜCUMU EDİB - Azərbaycan cavab hüququnu ÖZÜNDƏ SAXLAYIR

Cəmiyyət
 5-03-2026, 14:06     519

İran ərazisindən uçan PUA-lardan biri Naxçıvan Muxtar Respblikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Bu barədə "Report"un yerli bürosu xəbər verir.
Qeyd edək ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanına İranın dron hücumu olub.

***

Azərbaycan müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
APA xəbər verir ki, bu barədə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə XİN-in bəyanatında deyilir.скачать dle 12.1