Bia.Az

“Bu gecə yatmayın!” – Daha bir sərt xəbərdarlıq

Cəmiyyət
 3-03-2026, 00:39     574

İranla əlaqəli olduğu bildirilən “Handala” adlı haker qrupu İsrailə qarşı təhdid xarakterli mesaj yayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə qrup sosial şəbəkə hesabında paylaşım edib.

Xəbərdarlıqda “Bu gecə yatmayın, bu gün yeni silahlarımız haqqında məlumat əldə edəcəksiniz. Hətta təhlükəsiz evlər belə artıq təhlükəsiz deyil” ifadələri yer alıb.

Bəyanatın hansı konkret addımlarla müşayiət olunacağı açıqlanmayıb. İsrail tərəfi hələlik məsələ ilə bağlı rəsmi reaksiya verməyib.скачать dle 12.1