Bia.Az

Binəqədidə qanunsuz tikili söküldü - VİDEO

Cəmiyyət
 17-02-2026, 12:19     730

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi-Xırdalan avtomobil yolunun rayonun Biləcəri qəsəbəsindən keçən hissəsinə yaxın ərazidə qanunsuz tikinti işlərinin aparılması aşkarlanıb.

Bakupost.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

скачать dle 12.1