Bia.Az

Doğum gününüz qutlu olsun, əziz Cahangir müəllim!

Cəmiyyət
 8-02-2026, 02:34     838

Əziz Cahangir müəllim!

Sizinlə bağlı xatirələr təkcə keçmişin şəkilləri deyil - bu xatirələr bu gün də yol göstərən bir məktəbdir. Ömür payınıza düşən sevgi, vicdan, sözə sədaqət və müəllim adına verdiyiniz ali dəyər jurnalistikada olduğu qədər, insanlıq dərsində də ölçüyə çevrilib.

Siz auditoriyada yalnız bilik öyrətmədiniz, necə insan olmaq lazım olduğunu göstərdiniz. Elə buna görə də tələbələrinizin yaddaşında müəllimdən çox, örnək bir İnsan kimi qaldınız.

Sizi dinləmək zövq, sizi xatırlamaq məsuliyyətdir. Sevimli müəllimim olaraq hər zaman fəxr yerimsiniz.

Ömrünüz uzun, yolunuz işıqlı olsun.

Var olun, Cahangir müəllim!

Hörmətlə: Ədalət Nəbi Qarabulud.
BİA.az-n baş redaktoru
скачать dle 12.1