Şəmsi Səmədzadə həbs edildi – YENİLƏNİB
Tanınmış azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin (Səmədoğlu) tutulmasının detalları məlum olub.
Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, oğlu Niyazi Səmədzadə ilə birgə soydaşlarımızın kompakt yaşadığı Gürcüstan ərazisində gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən ifşa edilib.
***18:14
Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.
Globalinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq, həbs olunub.
Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də təsdiqləyib.
Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.
***15:47
Gürcüstan Azərbaycanın tanınmış iş adamı Şəmsi Səmədzadəni (Səmədoğlu) və oğlunu axtarışa verib.
Globalinfo.az Demokrat.az-a istinadən xəbər verir ki, Ş.Səmədzadənin adı Gürcüstan ərazisində mal-qara oğurluğunda çəkilir.
Xatırladaq ki, Ş.Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.
Ş.Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.




