Bia.Az

Generalın yerinə təyin edilən Arzu Yusifova işdən çıxarıldı

Cəmiyyət
 26-01-2026, 01:26     838

Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bakupost.az xəbər verir ki, Globalinfo.az-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb.

Qeyd edək ki, A.Yusifova 2025-ci ilin mayında bu vəzifəyə təyin edilmişdi.

O, sözügedən vəzifədə general-mayor Rəfail Mehdiyevi əvəz etmişdi.
скачать dle 12.1