Bia.Az

Rasim Balayevin səhhətində problem yarandı

Cəmiyyət
 23-01-2026, 13:02     958

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin səhhətində problem yaranıb."

DİA-AZ" Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu barədə Xalq artistinin oğlu məlumat yayıb.O qeyd edib ki, Rasim Balayev hazırda əsəb pozğunluğu keçirir.

"Yeni Sabah” isə xatırladıb ki, Rasim Balayev 1972-ci ildə atasının vəfatından sonra güclü sarsıntı keçirərək, bir müddət xəstəxanada depressiya əlehinə müalicə alıb.

O, 2017-ci ildə Mərkəzi Gömrük Hospitalında Türkiyədən gələn həkim nevropotoloqun nəzarətində də müalicə olunub.

R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.
скачать dle 12.1