Bia.Az

Qətl törədən rektorun yerinə TƏYİNAT - FOTO

Cəmiyyət
 22-01-2026, 14:24     747

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutuna yeni icraçı direktor təyin olunub.

"DİA-AZ" iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.Əmrə əsasən, bu vəzifəyə iqtisad üzrə fəlsəfə doktoru, dosent Famil Vəli oğlu Rüstəmov təyin edilib. O bu təyinatadək institutun Aqrar sektorun iqtisadi problemləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 2023-cü ildən indiyədək İnstitutda icraçı direktor vəzifəsi vakant idi. 2023-cü ilədək isə İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyev olub. O, 12 il əvvəl - "Elm və Təfəkkür" Universitetinin rektoru olduğu dövrdə qətlə yetirilən prorektor Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilərək 2023-cü ildə məsuliyyətə cəlb edilib və 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda məhkəmənin hökmü ilə 14 il 6 ay azadlıqdan məhrum edilib.



скачать dle 12.1