Bia.Az

Milli Qəhrəmanımız dəfn edildi – FOTOLAR

Cəmiyyət
 16-01-2026, 12:38     894

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi dəfn olunmaq üçün Hərbi Memorial Məzarlığa gətirilib.

Globalinfo.az xəbər verir ki, Milli Qəhrəmanla vida və dəfn mərasimi də burada keçirilib.

Mərasimdə Qarabağ müharibəsi döyüşçüləri və dövlət rəsmiləri də iştirak edib.
Qeyd edək ki, Ş.Tağıyev 1949-cu il fevralın 3-də Tərtər rayonunda anadan olub. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.
1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Tərtər, Seysulan, Yarımca, Göyarx döyüşlərində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən ilk 4 nəfərdən biridir.
Xatırladaq ki, Ş.Tağıyev ötən il dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Milli Qəhrəmanımız dəfn edildi - FOTOLAR Milli Qəhrəmanımız dəfn edildi - FOTOLAR Milli Qəhrəmanımız dəfn edildi - FOTOLAR Milli Qəhrəmanımız dəfn edildi - FOTOLARскачать dle 12.1