Bia.Az

Dünyanın ən yaxşı pasportları açıqlanıb – AZƏRBAYCAN 131-Cİ YERDƏDİR

Cəmiyyət
 27-12-2025, 13:06     966

İmmiqrasiya və dəniz vergi planlaşdırması üzrə ixtisaslaşmış konsaltinq şirkəti olan "Nomad Capitalist", 2026-cı il üçün dünyanın ən yaxşı pasportlarının reytinqini dərc edib.

"DİA-AZ" xəbər verir ki, mütəxəssislər 199 ölkəni beş meyar əsasında qiymətləndiriblər: vizasız səyahət, vergi yükü, ikili vətəndaşlıq, qlobal nüfuz və vətəndaş azadlıqları.

Ümumilikdə 199 ölkə arasında aparılan araşdırmaya görə dünyanın ən yaxşı pasportları – Malta, Yunanıstan, İrlandiya, Rumıniya, Kipr, Bolqarıstan, Çexiya, İtaliya, Yeni Zelandiya və Macarıstan.

Böyük Britaniya, Kanada və Cənubi Koreya 35-ci, Kipr 26-cı, ABŞ isə cəmi 43-cü yerdədir. Siyahıda Ukrayna 73-cü, Gürcüstan 78, Türkiyə 89, Rusiya 96, Qazaxıstan 114, Ermənistan 120 yerdədir.

Azərbaycan isə siyahıda 131-ci yerdədir, siyahıda qonşuları Zambiya, Monqolustan, Qambiya və Qırğızıstandır.

Siyahıda sonuncu, 199-cu yeri Əfqanıstan tutur. Ümumiyyətlə siyahıda son 10 yeri Yəmən, Somali, Fələstin, İran, Pakistan, Şimali Koreya, İraq, Eritreya, Suriya və Əfqanıstan tutur.скачать dle 12.1