Bia.Az

Yurdumuza QIŞ GƏLDİ...

Cəmiyyət
 22-12-2025, 01:35     1 153

❄️ Qış fəsli bu gün yurdumuza qədəm qoyur. Bu dönüş təbiətin illik zaman qətində  xüsusi bir məqamdır. İlin ən qısa gündüzü və ən uzun gecəsi məhz bu günə təsadüf edir. Qış gəlir - bəlkə də bizi bir az səssizliyə, bir az da özümüzə qaytarmaq üçün...Sanki xəyallara dalar təbiət,
Mudriklik görünər qış baxışında.

Sanki xəyallara dalar təbiət,
Mudriklik görünər qış baxışında.

Dümağ  qar işıgı salar təbiət...
Bəzəyər özünü qış naxışında.


Suya naxış vurar şaxta nəfəsi,
Ərişi, ilməsi  qar çalarında.
Kükrəyən çayların incələr səsi,
Ağaclar don geyər qış tumarında...

Yeni ili qarla, amma fəsadsız, xoş niyyətlərlə qarşılamaq arzusu ilə qoy qışımız uğurlu, yollarımız açıq olsun. Soyuq havalar qəlbləri üşütməsin, çətinliklər ruhumuzu dondurmasın. Əsas odur ki, soyuq baxışlardan üşüməyək...

           ✍️ Tapdıq ƏLİBƏYLİ

BİA.az
скачать dle 12.1