Bia.Az

İranda helikopter qəzaya uğradı: ölənlər var

Cəmiyyət
 4-10-2025, 01:13     610

İran Qızıl Aypara Cəmiyyətinə məxsus helikopterin Luristan əyalətində qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, helikopterin göyərtəsində 8 nəfər olub. Ölənlərin biri pilotdur.

Bundan əlavə, bir xilasedici ağır vəziyyətdədir.

Qeyd edilir ki, helikopter itkin düşən qadının axtarışlarına cəlb olunmuşdu.скачать dle 12.1