“Evimə istilik gəlmir, pul ödəməliyəm?” - ŞİKAYƏT
Yeni qəbul olunmuş qərarla yanvarın 2-dən etibarən istilik xidmətinin tarifi iki dəfə artırıldı. Qaz, su və elektrik enerjisindən fərqli olaraq mənzildə istilik olsa da, olmasa da, yaxud fasilələrlə verilsə də aylıq xidmət haqqını ödəmək lazımdır. Ümumiyyətlə, mərkəzləşdirilmiş istilik təchizatı sistemində vəziyyət mürəkkəbdir. Problem ya mənzildə, ya binanın daxilində, ya da mərkəzi sistemdə yarana bilər. Amma tərəflər arasında kimin cavabdehlik daşıdığını müəyyən etmək adətən mübahisəyə çevrilir.
Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev kücəsi 79, mənzil 124-də yaşayan Vaqif Qədimov BİA.az-a müraciət edərək bildirir ki, "Azəristiliktəchizat" ASC tərəfindən xəbərdarlıq məktubu alıb. Məktubda bildirilir ki, onun 31.1. 2025-ci il tatixə kimi 315.55 qəpik borcu yaranıb və 10 gün müddətində yaranmış borc "Azəristiliktəchizat" ASC-nin hesabına ödənilməlidir. Əks halda yaranmış borcun məcburi qaydada ödənilməsi ücün məhkəməyə müraciət olunacaq.
Vətəndaş Vaqif Qədimov bildirir ki, bütün bu illər ərzində demək olar ki, onun yaşadıgı mənzilə istilik gəlməyib. Bu barədə dəfələrlə yaşadıgı binaya xidmət göstərən 4 saylı Mənzil İstismar Sahəsinin rəhbərliyinə məlumat verib:" Nəzarətcidən tutmuş rəhbərliyə qədər şikayət etmişəm. Lakin hec bir nəticəsi olmayıb. Belə ki, problem binada mənzillərdaxili boruların dəmirdən olmasıdır. İstilik verilir, lakin dövriyyə alınmır. Bu səbəbdən də mənim mənzilimə istilik gəlib catmır. "Azəristiliktəchizat" ASC də haqlıdır, mən də haqlıyam. Məsuliyyət daşıyan bina sakinləri isə kənarda qalır. Köhnə dəmir boruları dəyişilməlidir."
Belə hallar şəhərin başqa ərazilərində də yaranır və hər istilik mövsümündə təkrarlanır.
Vətəndaşlar qaz, işıq və su təchizatında olduğu kimi, istilikdə də dayanıqlı sistemin yaradılmasını istəyirlər.
Vətəndaşlar qaz, işıq və su təchizatında olduğu kimi, istilikdə də dayanıqlı sistemin yaradılmasını istəyirlər.
BİA.az





