Şəhid atası İH-in binasında özünə xəsarət yetirdi
Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirib.
Bu barədə Axar.az-a şəhid atasının qohumu, jurnalist Razi Abasbəyli bildirib.
Onun sözlərinə görə, insident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib.
Fuad Abbasov hazırda xəstəxanadadır.





