5 hektar meşə fondu ərazisi sahibkara satılıb... - "Buldozerlərlə torpağın üst münbit qatı kürünüb"
"Masallı rayonun Qəriblər kəndi yaxınlığında "İsti su" adlanan ərazidə 5 hektar meşə fondu ərazisi sahibkara istirahət mərkəzi kimi qanunsuz olaraq satılıb.
Ərazidə əsaslı tikinti (beton tökülüb, "besetkalar" və digər tikililər tikilib) işləri aparılıb. Həmin yer "Türkan" istirahət mərkəzi kimi tanınır.![]()
Bundan əlavə, ərazinin Viləşçay çay yatağı hissəsində bir il öncə hamarlama işləri aparılan zaman buldozerlərlə torpağın üst münbit qatı kürünüb" - deyə oxucumuz bizə yazır.
dia-az.info





