İcra başçısına etiraz edən Qarabağ Qazisi ÖZÜNƏ OD VURDU - DURUMU AĞIRDIR...
Qazi Mirzəyev Röyal Müşviq oğlu İsmayıllı rayon icra struktur rəhbərlərinin özbaşınalığına etiraz olaraq bu gün (dünən -red.) icra hakimiyyətinin qarşısında özünü yandırıb. DİA.AZ bildirir ki, bunu öz paylaşımında jurnalist Arifə Əliyeva qeyd edib.![]()
"Bildiyim qədər qazimiz xəstədir, müalicəsi üçün kömək istəyib,onlar da etməyib" deyə intihar səbəbi barədə də məlumat verən jurnalist hazırda Qazimizin durumunun ağır olduğunu da söyləyib:
"Əldə etdiyim məlumata görə, axşam saatlarında Bakıya gətirilib".![]()
Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...





