Xaçmaz sakinlərini ÇİLƏDƏN ÇIXARIRLAR... - "İki aya yaxındır Ziya Bünyadov küçəsi..."
Xaçmaz rayonunun Ziya Bünyadov küçəsinin sakinləri yollarının, daha doğrusu yolqırağı səkilərinin bərbad günə salınmasından giley edirlər. Dia-az.İnfo xəbər verir ki, bu barədə etirazlarını bildirən rayon sakinləri müraciətlərində əlaqədar qurumları təcili tədbir görməyə səsləyirlər.![]()
![]()
Sakinlərin sözlərinə görə, "qruzavoy yolu" kimi tanınan ərazidə səkilər, yolayrıcları bərbad günə salınıb ki, bu da xüsusən piyadaların hərəkətinə ciddi maneçilik yaradır.
Sakinlər bildirir: "İki aya yaxındır Ziya Bünyadov küçəsinin durumu acınacaqlı haldadır... Piyadalar hər gün yolu gedəndə əməlli-başlı risq edirlər. Əlaqədar qurumlar buna təcili əncam çəkməsələr, hər gün ölüm hadisəsi olacaq...
Biz piyada vətəndaşlar hardan evimizə gedib, gələk? Bunu bizə izah etsinlər..."




